
iPhone 17 Pro və iPhone 17 Pro Max-ın kameraları barəsində təfərrüatlar təqdim edilib
Cihazlar+
10.01.2025
Emil
Apple bu ilin ikinci yarısında iPhone 17 seriyasını təqdim edəcək. Seriyaya ənənə üzrə daxil olacaq modellər arasında iPhone 17 Pro və iPhone 17 Pro Max olacaqlar. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder iPhone 17 Pro modellərinin kameraları barəsində məlumat verib. Son bir neçə il ərzində Apple şirkəti iPhone Pro modellərinin arxa kameralarını 48 MP-ə keçirir. İlk növbədə iPhone Pro modelləri 48 MP-lik əsas arxa kameralara sahib oldular.
iPhone 16 Pro və iPhone 16 Pro modellərində 48 MP-ə ultra geniş bucaqlı obyektivlər keçid etdilər. İnsayderin sözlərinə əsasən bu il növbədə telekameralardır. Beləliklə bu il təqdim olunacaq iPhone 17 Pro modelləri 48 MP + 48 MP + 48 MP üçlü arxa kameraya sahib olacaqlar. Bununla yanaşı insayder həmçinin iPhone 17 Pro modellərindəki ön kamera barəsində məlumatı da təqdim edib. Məlumatda qeyd edilib ki, adları sadalanmış iPhone modellərində ön kamera 24 MP-lik olacaq.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
