
iPhone 17 seriyasında Dynamic Island interfeys yenilikləri əldə edəcək
Cihazlar+
08.07.2025
Emil
Apple şirkəti iPhone 17 smartfon seriyasını sentyabr ayında təqdim etməlidir. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu yeni məlumata əsasən iPhone 17 seriyasındakı Dynamic Island ekran çıxıntısı yeni interfeysi əldə edəcək. Məlumatda qeyd edilib ki, şirkət Dynamic Island-in məhz proqram tərəfini təkmilləşdirməyi planlaşdırır. Belə ki, iPhone 17 seriyasındakı Dynamic Island-in forması və ölçüsü daha öncəki iPhone modellərində mövcud Dynamic Island ilə eyni olacaq.

Bu məlumat bəzi iPhone pərəstişkarlarını məyus edə bilər. Belə ki, onlar artıq iPhone 17 seriyasında ekran çıxıntısının ölçüsünün kiçiləcəyinə ümid bəsləyirdilər. Lakin bu cür dəyişiklik 2026-cı ildən tez gözlənilmir. Bundan əlavə olaraq Digital Chat Station təsdiqləyib ki, iPhone 17 seriyasında ekranlar maksimal dərəcədə nazik çərçivələri əldə edəcəklər. Dynamic Island-ə gəldikdə isə onun iOS 26 kontekstində hansı yenilikləri əldə edəcəyi hələ tam olaraq aydın deyil. Həmin yeniliklərin ümumiyyətlə eksklüziv olaraq iPhone 17 seriyasında istifadəyə veriləcəyi də istisna edilmir.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
