
iPhone 17 seriyasının potensial təqdimat tarixi açıqlanıb
Cihazlar+
16.07.2025
Emil
İnternetdə yeni iPhone modelləri ilə bağlı o qədər çox məlumat yayılıb ki, yalnız bir sual cavabsız qalıb: Apple illik təqdimatını nə vaxt keçirəcək? Lakin bu suala da Bloomberg insayderi Mark Gurman cavab hazırlayıb. Məlumdur ki, Apple hər il sentyabr ayında təqdimat keçirir və Gurman bütün əvvəlki tarixləri təhlil edərək belə qənaətə gəlib ki, 2025-ci ildə təqdimat ya 9, ya da 10 sentyabrda baş tutacaq.

Onun sözlərinə görə, Apple adətən iPhone təqdimatlarını ABŞ-da Əmək Günündən (Labor Day) sonrakı həftəyə planlaşdırır. Bu il həmin bayram 1 sentyabr, bazar ertəsinə təsadüf edir. Bu isə o deməkdir ki, tədbir 8-12 sentyabr tarixləri arasında keçiriləcək. Daha sonra Gurman izah edir ki, Apple təqdimatı cümə günü keçirməyəcək - bu tamamilə mümkünsüzdür. 11 sentyabr ABŞ-da anım günüdür, bu tarix də istisna edilir. Bazar ertəsi isə ənənəvi olaraq “çətin gün” sayılır, buna görə onu da kənara qoymaq olar. Beləliklə, yalnız 9 və ya 10 sentyabr tarixləri qalır. Gurman da məhz bu günlərdə Apple şirkətindən yeni məhsulların təqdimatını gözləyir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy S25 FE-nin iki vacib özəlliyi açıqlanıb
