
iPhone 17 smartfonları 2 nanometrlik prosessora sahib olmaya bilərlər
Cihazlar+
17.07.2024
Emil
Gələn il təqdim olunacağı gözlənilən iPhone 17 smartfon seriyası barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Bu dəfə insayderlər iPhone 17 smartfon seriyasının əldə edəcəyi prosessor barəsində məlumat veriblər. Beləliklə insayderlər bildiriblər ki, iPhone 17 smartfonları 2 nanometrlik texnoloji proses əsasında hazırlanacaq prosessoru əldə etməyəcəklər. Əsas səbəb isə texnoloji məhdudiyyətlər ilə bağlıdır.
Belə ki, TSMC şirkətinin 2 nanometrlik prosessorların kütləvi istehsal prosesinə gələn il start verəcəyi gözlənilirdi. Lakin ortaya çıxmış yeni məlumata əsasən 2 nanometrlik prosessorlar 2025-ci ilin sonuna kimi hazır olmayacaqlar. Bu isə o deməkdir ki, iPhone 17 smartfonlarında TSMC şirkətinin 3 nanometrlik prosessorlarının istifadəsi davam etdiriləcək. Məlumata əsasən TSMC şirkəti hal-hazırda 2 nanometrlik prosessorların hazırlanması prosesini sürətləndirib. Səbəb isə sifarişçiləri yetəri sayda prosessor ilə təmin etməkdir. Apple öz növbəsində TSMC şirkətinin ən böyük prosessor sifarişçilərindən biridir.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
