Logo
    main-post-cover

    iPhone 17 smartfonları yeni soyutma sisteminə sahib olacaqlar

    Cihazlar+
    03.09.2024
    Emil
       Məşhur analitik Ming-Chi Kuo gələn il təqdim ediləcək iPhone 17 smartfon seriyası barəsində yeni məlumatları bölüşüb. Onun sözlərinə əsasən Apple şirkəti gələn il təqdim ediləcək bütün iPhone 17 smartfonlarında soyutma sistemi qismində qrafit listlərdən istifadə edəcək. Analitikin fikrincə iPhone 17 Pro iPhone 17 Pro Max modellərinə əlavə olaraq buxar kamerası kimi soyutma sistemi inteqrasiya ediləcək.
        Bu yeniliklər gələn ilki iPhone 17-lərdə istiliyin aradan qaldırılması prosesini yaxşılaşdırmalı və smartfonların ümumi performanslarını yüksəltməlidirlər. Məlumata əsasən qrafit listlər və buxar kamerası istiliyin smartfon komponentləri arasında bərabər şəkildə paylanmasında və əsas komponentlərin qızmalarının qarşısını almaqda yardımçı olurlar. Bu öz növbəsində cihazın özünün qızmasının qarşısını alır və cihazın stabil şəkildə çalışmasını təmin edir. Belə olduğu halda iPhone 17 Pro Max modeli süni zəka funksiyalarının öhdəsindən daha yaxşı gələ biləcək.
    Paylaş