
iPhone 17 və iPhone 17 Air modellərinin vacib ekran özəllikləri açıqlanıb
Cihazlar+
23.09.2024
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkətinin gələn il təqdim edəcəyi iPhone 17 smartfon seriyasına tamamilə yeni model daxil olacaq. Söhbət, iPhone 17 Air-dən gedir. Gözləntilərə əsasən gələn il üçün gözlənilən iPhone 17 Air modeli olduqca nazik gövdəsi ilə seçiləcək. İndi isə məşhur insayder Ross Young gələn il təqdim ediləcək adi iPhone 17 ilə iPhone 17 Air barəsində yeni məlumatı bölüşüb. İnsayderin təqdim etmiş olduğu məlumat adları sadalanmış smartfonların ekranları ilə bağlıdır.
Belə ki, onun sözlərinə əsasən iPhone 17 və iPhone 17 Air 120 Hz-lik təsvir yenilənməsinə sahib ProMotion ekranla təchiz olunacaqlar. Qeyd etmək lazımdır ki, yenicə satışa çıxmış iPhone 16 və daha öncəki adi iPhone modellərinin ekranları standart olaraq 60 Hz-lik təsvir yenilənməsini dəstəkləyirdilər. Görünür, Apple gələn il bu vəziyyəti dəyişəcək. Bundan əlavə olaraq ProMotion texnologiyası enerji sərfiyyatına qənaət üçün smartfonların ekranlarındakı təsvir yenilənməsi tezliyini avtomatik olaraq aşağı sala bilər. Məsələn iPhone 13 Pro təsvir yenilənməsi tezliyini 10 Hz-ə kimi, daha yeni iPhone Pro modelləri isə 1 Hz-ə kimi azalda bilir
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
