Logo
    main-post-cover

    iPhone 17e modeli testlərdə necə nəticə göstərib?

    Cihazlar+
    07.03.2026
    Ilhama
         Technote.az “MacRumors” platformasına istinadən bildirir ki, Apple-ın yeni modeli iPhone 17e üçün ilk performans testləri Geekbench 6 məlumat bazasında ortaya çıxıb. Nəticələr cihazın A19 çip prosessoru ilə necə performans göstərdiyini daha yaxından göstərir.
        Benchmark nəticələrinə görə, iPhone 17e çoxnüvəli (multi-core) CPU testində 9241 bal toplayıb. Bu nəticə eyni prosessorla işləyən iPhone 17 modelinin orta nəticəsi olan 9249 bal ilə demək olar ki, eynidir.
         Lakin burada kiçik bir fərq var. iPhone 17e modelində 4 nüvəli GPU istifadə olunur, halbuki iPhone 17 modelində 5 nüvəli GPU var. Bu səbəbdən iPhone 17e qrafik performans baxımından bir qədər geridə qalır.
        İlkin Geekbench Metal nəticələrinə görə:
        •    iPhone 17e: təxminən 31.000 – 31.500 bal
        •    iPhone 17: təxminən 37.000 bal
        Bununla belə, mütəxəssislər hesab edir ki, gündəlik istifadə zamanı istifadəçilərin əksəriyyəti bu qrafik fərqini ciddi şəkildə hiss etməyəcək.
        Qeyd edək ki, əvvəlki nəsil model olan iPhone 16e də A18 çip prosessoru ilə birlikdə 4 nüvəli GPU ilə təqdim olunmuşdu.
         Yeni iPhone 17e dizayn baxımından iPhone 16e modelinə bənzəsə də, bir neçə mühüm yenilik əldə edib:
        •    MagSafe dəstəyi (maqnitli simsiz enerji doldurma və aksesuarlar üçün)
        •    Daha sürətli 5G bağlantısı üçün ikinci nəsil C1X modem
        •    256 GB əsas yaddaş (əvvəlki modeldən iki dəfə çox)
         ABŞ-də iPhone 17e modelinin başlanğıc qiyməti 599 dollar olaraq qalır. Cihaz üçün ön sifarişlər 4 martda başlayıb, satış isə 11 martda start götürəcək.
    Paylaş