Logo
    main-post-cover

    iPhone 18 ilə bağlı yeni iddia: “Dizayn demək olar ki, dəyişməyəcək”

    Cihazlar+
    14.01.2026
    Sevinc
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple-ın 2026-cı ildə təqdim edəcəyi iPhone 18 seriyası dizayn baxımından əvvəlki modellərə çox bənzəyəcək. Sızdırılan məlumatlara görə, əsas dəyişiklik Dynamic Island sahəsində və ekran altı texnologiya ilə bağlı olacaq.
        Çinli texnologiya sızıntıları ilə tanınan Digital Chat Station iddia edir ki, iPhone 18 modellərinin ekran ölçüləri iPhone 17 seriyası ilə eyni qalacaq. Gözlənilən ölçülər belədir:
        •    iPhone 18 Pro Max – 6,86 düym (ekran altı texnologiya ilə)
        •    iPhone 18 Pro – 6,27 düym (ekran altı texnologiya ilə)
        •    iPhone 18 – 6,27 düym
        •    iPhone Air 2 – 6,55 düym
         Bütün modellərin 120 Hz LTPO ekrana sahib olacağı bildirilir. Lakin əsas diqqət çəkən məqam odur ki, yalnız Pro modellərdə yeni ekran altı sistemlərdən istifadə ediləcək. Bu texnologiyanın Dynamic Island-ı nə qədər kiçildəcəyi isə hələlik məlum deyil.
        Məlumatlara görə, bu yeniliklər ekran altı Face ID texnologiyası ilə bağlı ola bilər. Bu iddialar Apple analitiki Ming-Chi Kuonun əvvəlki hesabatları ilə də üst-üstə düşür. Digər tərəfdən, iPhone 18 Pro modellərinin hazırkı iki tonlu rəng dizaynından imtina edəcəyi də deyilir.
        Qeyd edək ki, Digital Chat Station əvvəllər doğru məlumatlar paylaşıb, lakin sızıntıları həmişə stabil olmayıb. iPhone 18 Pro və Pro Max modellərinin 2026-cı ilin sentyabrında təqdim olunacağı gözlənilir. Davamlı şayiələrə əsasən, Apple bu dəfə təqdimatı iki mərhələyə bölə bilər: əsas iPhone 18 və iPhone Air 2 modelləri isə 2027-ci ilin əvvəlində təqdim oluna bilər.
    Paylaş
    Bənzər xəbərlər