Logo
    main-post-cover

    iPhone 18-in kameraları ABŞ-də istehsal oluna bilər

    Cihazlar+
    24.12.2025
    Sevinc
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Samsung ABŞ-də iPhone üçün kamera sensorlarının istehsalına bir addım da yaxınlaşıb. Şirkət Texas ştatının Taylor şəhərində yerləşən zavodunda yeni işçi qəbulu və avadanlıqların quraşdırılmasına başlayıb. Bu zavodda gələcəkdə Apple-ın iPhone modelləri üçün CMOS görüntü sensorlarının (CIS) istehsalı planlaşdırılır.
        The Elec nəşrinin məlumatına görə, Samsung dekabrın ortalarında texniki və elektrik layihə menecerləri üçün vakansiyalar açıb. Bu mütəxəssislər zavodda qaz, su və digər texnoloji bağlantıların qurulmasına cavabdeh olacaqlar. Eyni zamanda, silikon lövhələrin (wafer) təmizlənməsi üçün istifadə edilən avadanlıqlarla işləyəcək mühəndis və texniklər də işə götürülür.
    iPhone 18 Pro: Leaker Rubbishes Punch-Hole Camera Rumors
        Qeyd olunur ki, təmizləmə prosesi yarımkeçirici istehsalının ən kritik mərhələlərindən biridir və bütün istehsal prosesinin təxminən 40 faizini təşkil edir. Bu mərhələdə oksid qatları və qüsurlu metal hissəcikləri aradan qaldırılır. The Elec-in əlavə etdiyi məlumata əsasən, Samsung Austin şəhər administrasiyasına zavod üçün 19 milyard dollar sərmayə yatıracağını bildirib. Bu vəsait avadanlıqların yenilənməsi, təmir və texniki xidmət işlərinə yönəldiləcək. Yeni kamera sensorlarının istehsalına ən tez ehtimalla mart ayından başlanması planlaşdırılır.
        Hələlik bu sensorların tam olaraq nə vaxt və hansı həcmdə Apple-a çatdırılacağı bəlli deyil. Daha əvvəl yayılan şayiələrə görə, bu komponentlər iPhone 18 üçün nəzərdə tutulub. Lakin martda məhdud istehsal başlasa belə, Apple-ın böyük istehsal tələbatını qarşılamaq üçün başqa tədarükçülərin də prosesdə qalacağı gözlənilir.
    Paylaş