Logo
    main-post-cover

    iPhone 18 Pro-da Dynamic Island həm kiçilə, həm də yerini dəyişə bilər

    Cihazlar+
    19.01.2026
    Ilhama
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple-ın 2026-cı il üçün planlaşdırdığı iPhone 18 Pro modelində ekran dizaynı ilə bağlı yeni və maraqlı iddia ortaya atılıb. Daha əvvəl Dynamic Island-ın kiçiləcəyi ilə bağlı söz-söhbətlər dolaşsa da, bu dəfə onun həm ölçüsünün azalacağı, həm də yerinin dəyişəcəyi iddia olunur.
    Close-up of a smartphone corner showing a circular front camera cutout, with faint technical outlines of internal camera components on a bright white background.
        Məlumata görə, tanınmış sızdırıcı Jon Prosser iPhone 18 Pro-da ön kameranın ekranda mərkəzdən çıxarılaraq sol yuxarı küncə yerləşdirilə biləcəyini deyir. Bu dəyişiklik ekranın ümumi görünüşünü daha təmiz və minimal göstərə bilər. Eyni yanaşma Dynamic Island üçün də tətbiq oluna bilər. Bildirilir ki, Dynamic Island kompakt vəziyyətdə sol yuxarı küncə çəkiləcək, lakin bildirişlər və aktiv proseslər zamanı əvvəlki kimi genişlənərək işləməyə davam edəcək. Bu isə istifadəçi interfeysində fərqli balans yaradacaq.
    Paylaş