main-post-cover

    iPhone 5s Apple şirkətinin köhnəlmiş cihazlar siyahısına daxil edilib

    Cihazlar+
    03.06.2024
    Emil Nəcəfov
        Apple şirkəti öz köhnəlmiş cihazları siyahısına növbəti iPhone modelini daxil edib. Söhbət, iPhone 5s-dən gedir. Qeyd etmək lazımdır ki, bu siyahıya daxil edilən cihazlar üçün Apple Store mağazalarında və rəsmi Apple xidmətlərinin göstərildiyi lisenziyalı digər mağazalarda təmir xidmətləri dayandırılır. iPhone 5s də istisna olmayıb. Beləliklə bundan sonra sözügedən iPhone modelini rəsmi Apple və şirkət lisenziyasına sahib digər mağazalarda təmir etdirmək mümkün olmayacaq. Müvafiq olaraq bu smartfon üçün ehtiyat hissələrinin istehsalı da dayandırılıb.
         Qeyd etmək lazımdır ki, iPhone 5s smartfonu 2013-cü ildə satışa çıxmışdı. Bu, Touch ID texnologiyasını və Apple A7 prosessorunu əldə etmiş ilk iPhone modeli idi. Lakin Apple şirkəti iPhone 5s ilə yetinməyərək daha iki cihazını köhnəlmiş cihazlar siyahısına daxil edib. Söhbət, 6-cı nəsil iPod Touch-dan və 2015-ci ilin sonunda satışa çıxmış 4K keyfiyyətli 21.5 düym Retina ekranlı iMac-dan gedir. Lakin iPhone 5s-dən fərqli olaraq adları sadalanmış bu iki cihaz üçün təmir xidməti Apple Store mağazalarında növbəti 2 il ərzində hələ də aktiv olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Siri tətbiqlərdəki funksiyaları idarə edə biləcək
    apple-siri-tetbiqlerdeki-tetbiqlerdeki-funksiyalari-idare-ede-bilecek
    iOS 18-in süni intellekt xüsusiyyətləri yeni iPhone-lar üçün eksklüziv ola bilər!
    ios-18-in-suni-intellekt-xususiyyetleri-yeni-iphone-lar-ucun-ekskluziv-ola-biler
    OLED ekranlı MacBook Pro-nun nə zaman satışa çıxacağı açıqlanıb
    oled-ekranli-macbook-pro-nun-ne-zaman-satisa-cixacagi-aciqlanib
    Apple-ın iPhone-lar üçün etdiyi dözümlülük testləri ortaya çıxıb! (VİDEO)
    apple-in-iphone-lar-ucun-etdiyi-dozumluluk-testleri-ortaya-cixib-video
    Apple, tənqidlərə səbəb olan "Crush" reklamından sonra yeni iPad Pro reklamını təqdim edib!
    apple-tenqidlere-sebeb-olan-crush-reklamindan-sonra-yeni-ipad-pro-reklamini-teqdim-edib