Logo
    main-post-cover

    iPhone 6 Plus smartfonu Apple şirkətinin köhnəlmiş cihazlar siyahısına daxil edilib

    Cihazlar+
    02.04.2024
         Apple şirkəti özünün  artıq köhnəlmiş cihazlar siyahısına yenisini əlavə edib. Bu dəfə şirkətin bu siyahısına iPhone 6 Plus modeli daxil oldu. Bu isə o deməkdir ki, bundan sonra Apple mağazalarında və dəstək servislərində bu smartfonun təmiri üçün heç bir xidmət təqdim edilməyəcək. Maraqlısı ondadır ki, adi iPhone 6 modeli hələ ki, köhnəlmiş cihazlar siyahısına daxil edilməyib. Belə ki, o, 2016-cı ildə iPhone 6 Plus-ın tamamilə satışdan çıxarılmasından sonra da müəyyən müddət ərzində satışlarda qaldı. Onu da qeyd etmək lazımdır ki, iPhone 6 seriyası Apple şirkətinin ən çox satılmış iPhone cihazlarından biridir. Bu smartfon seriyasının ümumi satış göstəricisi 224 milyon ədəd təşkil edir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    iPhone 6 Plus smartfonu Apple şirkətinin köhnəlmiş cihazlar siyahısına daxil edilib | Technote