Logo
    main-post-cover

    iPhone Air-in dizayneri Hawk AI startapında rəhbər vəzifəyə keçdi

    Cihazlar+
    07.01.2026
    Sevinc
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple şirkətinin iPhone Air modelinin dizaynında çalışmış əsas dizaynerlərdən biri Abidur Chowdhury yeni süni intellekt startapı Hawk-a dizayn rəhbəri kimi qoşulub.
    Key iPhone Air designer leaves Apple for AI startup - GSMArena.com news
        Məlumata görə, Chowdhury 2025-ci ilin noyabrında Apple şirkətindən ayrılıb. Həmin vaxt onun süni intellekt sahəsində fəaliyyət göstərən bir startapa keçəcəyi bildirilsə də, indi Bloomberg bu startapın Hawk olduğunu açıqlayıb. Hawk startapı Brett Adcock tərəfindən təsis edilib. Adcock texnologiya dünyasında humanoid robotlar üzərində çalışan Figure AI şirkətinin qurucusu kimi tanınır. Bildirilir ki, o, Hawk-ı öz şəxsi vəsaiti hesabına 100 milyon dollar ilə maliyyələşdirib və bu şirkətin Figure AI ilə paralel şəkildə inkişaf etməsini planlaşdırır. Figure AI fiziki humanoid robotlar üzərində işlədiyi halda, Hawk əsasən süni intellekt modellərinin hazırlanmasına fokuslanacaq.
        Abidur Chowdhury-nin Hawk-dakı konkret vəzifə detalları açıqlanmasa da, onun dizayn strategiyasına rəhbərlik edəcəyi bildirilir. Hazırda şirkətdə təxminən 30 mühəndis çalışır və onların əksəriyyəti əvvəllər Meta və Google kimi nəhəng texnologiya şirkətlərində fəaliyyət göstərib. Hawk rəhbərliyi 2026-cı ilin ilk yarısına qədər bu sayını 100-ə çatdırmağı hədəfləyir.
    Paylaş