iPhone istifadəçiləri Windows-a məzmun köçürə biləcəklər
Apple-ın iPhone və Windows cihazları arasında mübadilə buferi (clipboard) paylaşımına imkan verən yeni funksiyanı Aİ-də istifadəyə verməyə hazırlaşdığı bildirilir. Bu funksiya sayəsində istifadəçilər iPhone-da kopyaladıqları məzmunu Windows kompüterinə, eləcə də əks istiqamətdə, əlavə tətbiqlərə ehtiyac olmadan köçürə biləcəklər.
Məlumata görə, Microsoft bu funksiyanın hazırlanması üçün Apple-a rəsmi müraciət edib. Şirkətin FB22329535 nömrəli sorğusu 25 mart 2026-cı ildə təqdim olunub və Apple tərəfindən 26 iyun 2026-cı ildə təsdiqlənib.
Microsoft müraciətində istifadəçilərin müxtəlif cihazlar arasında mübadilə buferinin sinxronizasiyası kimi funksiyaların problemsiz şəkildə işləməsini gözlədiyini bildirib. Hazırda iPhone və Windows arasında bu imkanlardan istifadə etmək üçün üçüncü tərəf tətbiqlərinə ehtiyac var. Bundan əlavə, bəzi həllərdə iOS tətbiqinin ekranda açıq saxlanılması və hər bir kopyalama əməliyyatı zamanı ayrıca icazə verilməsi tələb olunur.
Apple-ın hazırlayacağı yeni sistem isə istifadəçilərə iPhone-dan Windows kompüterinə və ya əksinə məzmunu daha rahat şəkildə kopyalayıb yapışdırmağa imkan verə bilər. Microsoft funksiyanın istifadəçi nəzarətini və məxfiliyi qoruyacaq şəkildə hazırlanmasını gözlədiyini vurğulayıb.
Paylaş
