iPhone istifadəçilərinin yarısı öz smartfonlarının 5G-ni dəstəkləyib-dəstəkləmədiklərindən xəbərsizdir

iPhone istifadəçilərinin yarısı öz smartfonlarının 5G-ni dəstəkləyib-dəstəkləmədiklərindən xəbərsizdir

Mobil Cihazlar
11.10.2020 PAYLAŞIM

   Global Wireless Solutions (GWS) şirkətinin tədqiqatına əsasən iPhone istifadəçilərinin yarısı düşünür ki, onların smartfonlarında əslində olmayan funksiyalar dəstəklənir. Bu barədə Phonearena saytı xəbər verib. GWS mütəxəssisləri amerikalı smartfon istifadəçiləri arasında sorğu aparıb. Məlum olub ki, iPhone istifadəçilərinin 49%-i əmin deyil ki, onların smartfonları 5G-ni dəstəkləyir yoxsa yox.

    Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan heç bir iPhone modeli 5G-ni dəstəkləmir. Sadəcə olaraq 13 oktyabr tarixində təqdim olunacaq yeni iPhone 12 modellərində 5G dəstəyinin olacağı gözlənilir. Sorğu çərçivəsində məlum olub ki, təkcə iPhone istifadəçiləri öz cihazları barəsində tam məlumata sahib deyillər. Belə ki, sorğuda iştirak etmiş istifadəçilərin 29%-i bilmir ki, onların cihazları 5G-ni dəstəkləyir yoxsa yox. Bu il satışa çıxmış smartfonları əldə etmiş istifadəçilərdən isə 24%-i bu suala dəqiq cavab verə bilməyib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


OnePlus şirkətinin iki yeni büdcəli smartfon modelinin texniki özəllikləri təqdi..

OnLeaks ləqəbli məşhur insayder Voice platformasında OnePlus şirkətinin Nord N100 və Nord N10 adlı y..


Huawei Mate 40 rəsmi şəkildə təqdim olunub - QİYMƏTİ

Huawei şirkəti dünən Mate 40 smartfon seriyasını təqdim edib. Yeni seriyaya Mate 40, Mate 40 Pro, Ma..


iPhone 12 smartfonlarında hansı 5G modemdən istifadə olunduğu məlum olub

Çinin Weibo sosial şəbəkəsində yeni iPhone 12-nin ana platasının komponentlərinin incələnməsi videos..


iPhone 12 ilə iPhone 12 Pro-nun performans və enerji sərfiyyatı testləri keçiril..

iPhone 12 ilə iPhone 12 Pro-nu əldə etmiş ilk bloqqerlər və jurnalistlər həmin smartfonların perform..


Redmi brendi iPhone 12 mini kimi kompakt smartfon istehsal etmək istəyir: Lakin ..

Redmi brendinin rəhbəri Lu Weibing Çinin Weibo sosial şəbəkəsində bildirib ki, şirkət, adında mini s..


iPhone 12-də 5G şəbəkəsi müəyyən məhdudiyyətlə çalışacaq

Bu ayın ortasında təqdim olunmuş iPhone 12 seriyası Apple şirkətinin 5G dəstəkli ilk smartfon seriya..

×