main-post-cover

    iPhone-lar ekrana yerləşdirilmiş Touch ID və Face ID texnologiyalarını əldə edəcəklər

    Cihazlar+
    23.08.2021
    Emil Nəcəfov
        iPhone SE modelini saymasaq digər iPhone-lar son illərdə ənənəvi Touch ID texnologiyasını əldə etməyiblər. Lakin məlumata əsasən yaxın gələcəkdə bu texnologiya iPhone modellərinə geri qayıda bilər. Bloomberg saytının jurnalisti Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti yaxın gələcəkdə təqdim olunacaq iPhone modellərində həqiqətən də Touch ID texnologiyasının reallaşdırılmasını nəzərdən keçirdir. Lakin məlumatda qeyd edilib ki, şirkət bunu bir qədər fərqli tərzdə reallaşdırmağı planlaşdırır.
        Jurnalist bildirib ki, şirkət gələn ay təqdim olunacaq iPhone 13 modellərində ekrana inteqrasiya edilən barmaq izi skanı texnologiyasının reallaşdırılmasını artıq nəzərdən keçirdib və hətta bu istiqamətdə testlər də aparıb. Bundan əlavə olaraq Face ID üçün nəzərdə tutulmuş TrueDepth kameraların ekranın alt hissəsinə yerləşdirilməsi mövzusu da var. Bu cür üsul ilə şirkət iPhone-ların ekranları üzərlərində olan çıxıntı hissədən imtina edə bilər. Buna baxmayaraq bu ilki iPhone modellərində bu yenilikləri gözləmək lazım deyil.
        Belə ki, iPhone 13 modelləri sadəcə bir qədər kiçik ekran çıxıntısı əldə edəcəklər. Qalan hər bir şey olduğu kimi qalacaq. Ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahib ilk iPhone modellərinə gəldikdə isə məlumata əsasən onlar 2022-ci ildən tez təqdim olunmayacaqlar. Mark Gurman güman edir ki, ekranın alt hissəsinə yerləşdiriləcək Face ID kameraları ümumiyyətlə yalnız iPhone Pro modellərində reallaşdırıla bilər. Belə halda adi iPhone modelləri yalnız ekrana inteqrasiya ediləcək Touch ID texnologiyasına sahib olacaqlar.
    Linki kopyala