Logo
    main-post-cover

    iPhone-lar premium Android smartfonlardan 2 dəfə daha yaxşı satılır

    Cihazlar+
    08.01.2024
    Emil
         Counterpoint Research analitik şirkəti 2023-cü il üzrə premium smartfonlar bazarını analiz edərək bu bazarın liderlərini təyin edib. Məlum olub ki, premium smartfonlar bazarında birinci yeri tutan Apple şirkəti satış göstəriciləri baxımından öz yaxın rəqibini 4 dəfə geridə qoyub. Counterpoint Research şirkətinə əsasən satış qiyməti 600$-dan yuxarı olan smartfonlar premium smartfonlar siyahısına daxildirlər. Məlumata əsasən 2023-cü ildə bu cür smartfonların bazardakı pay göstəricisi 6% yüksəlib. 2016-cı il ilə müqayisədə isə bu göstərici 24% yüksəlib.
         Premium smartfonlar bazarı Yaxın Şərq, Latın Amerikası, Hindistan, Qərbi Avropa və Çin kimi inkişaf edən regionların hesabına genişlənir. Bununla yanaşı analitiklər Latın Amerikası, Çin və Hindistanda premium və ultra premium (satış qiyməti 1000$-dan yüksək) smartfonlar bazarında rekord satış göstəricilərini gözləyirlər. Beləliklə Counterpoint Research şirkətinə əsasən 2023-cü ildə premium smartfonlar bazarının lideri Apple şirkəti olub. Belə ki, o bu bazarın 71%-nə sahib olub. İkinci yerdə 17%-lik bazar payı ilə Samsung şirkəti, üçüncü yeri isə 5%-lik bazar payı ilə Huawei şirkəti tutub. Huawei-dən sonrakı yerləri isə Xiaomi OPPO tutublar.
    Paylaş