Logo
    main-post-cover

    iPhone-larda gecə vaxtı bir neçə saatlıq öz-özünə sönmə problemi yaşanıb

    Cihazlar+
    12.10.2023
    Emil
         iPhone istifadəçiləri öz smartfonlarının gecə vaxtı bir neçə saatlıq avtomatik şəkildə sönmələri problemindən şikayət etməyə başlayıblar. İstifadəçilər bildiriblər ki, onlar səhər oyandıqları zaman smartfonlarının şifrə vasitəsilə aktiv edilməsi bildirişini görüblər. Smartfonların batareyalarındakı enerji sərfiyyatı barəsində məlumatlar onu göstəriblər ki, smartfonlar bir neçə saat ərzində tamamilə sönmüş vəziyyətdə olublar.
         Bəzi istifadəçilərin sözlərinə əsasən bu yeni problem təkcə yeni iPhone-larda deyil, həmdə daha əvvəlki iPhone modellərində müşahidə edilib. Onların sözlərinə əsasən smartfonun öz-özünə sönməsindən sonra yenidən işə düşdüyü halda Face ID texnologiyası yalnız şifrənin daxil edilməsindən sonra çalışır. Batareyadakı enerji sərfiyyatı tarixçəsinə nəzər yetirəndə isə görmək olar ki, smartfon bir neçə saat ərzində enerji sərf etməyib. Bu problemin səbəbi barəsində heç bir fikir yoxdur. Apple şirkəti də bu məsələyə rəsmi bir fikir bildirməyib. Problemin kökünün iOS-də olduğu istisna edilmir.
    Paylaş