iPhone-ların fərdi təmirləri üçün olan təmir alətləri komplektinin fotosu ortaya çıxıb

iPhone-ların fərdi təmirləri üçün olan təmir alətləri komplektinin fotosu ortaya çıxıb

Mobil Cihazlar
29.04.2022 PAYLAŞIM

    Dünən xəbər verilmişdi ki, Apple şirkəti iPhone-ların istifadəçilər tərəfindən fərdi şəkildə təmir edilməsi xidmətini rəsmi olaraq istifadəyə verib. Sözügedən xidmət hələ ki, ABŞ-da aktivləşdirilib. iPhone 12, iPhone 13 iPhone SE (2022) smartfonlarının istifadəçiləri Apple şirkətinin yeni internet mağazasından smartfonlar üçün nəzərdə tutulmuş detalları sifariş edə və fərdi şəkildə iPhone-ları təmir edə bilərlər. Bundan əlavə olaraq Apple həmin detallarla birlikdə təmir üçün nəzərdə tutulmuş alətlərin icarəsini də təklif edir. İndi isə həmin alətlərdən ibarət komplektlərin fotosu ortaya çıxıb. Qeyd etmək lazımdır ki, təmir komplektinin 1 həftəlik icarəsi 49$-a başa gələcək və onların istifadəçilərə çatdırılması pulsuzdur.


    Təmir komplektinin istifadəçilərə pulsuz çatdırılmasının səbəbi isə indi məlum olub. Məsələ burasındadır ki, professional təmir üçün nəzərdə tutulmuş alətlərdən ibarət komplektin həcmi və çəkisi olduqca yüksəkdir. Beləliklə sözügedən komplektə iPhone-nun müxtəlif detallarının dəyişdirilməsi üçün nəzərdə tutulmuş təmir alətləri var. Onların arasında ekranın qızdırılması üçün cihaz, batareyanın dəyişdirilməsi üçün press, və müxtəlif vintaçanlar var. Bütün bu alətlər böyük ölçülü çantanın daxilinə yerləşdirilib və həmin çantanın ölçüsü adi səyahət çantasının ölçüsü ilə eynidir.

    Bununla belə iPhone SE (2022) modelinin fərdi təmiri üçün yalnız bir komplektin lazım olduğu halda iPhone 12 və iPhone 13 modellərinin təmirləri üçün iki ədəd komplekt sifariş vermək lazım gələcək. iPhone SE (2022) modeli üçün nəzərdə tutulmuş təmir komplektinin çəkisi 16.3 kq, iPhone 12 və iPhone 13 modelləri üçün nəzərdə tutulmuş təmir komplektinin çəkisi isə 19.5 kq təşkil edir. iPhone-ların təmir edilməsindən sonra həmin alətləri şirkətə geri qaytarmaq lazımdır. Bununla belə geri qaytarılma zamanı hansısa alətin komplektdə olmadığı və ya zədələndiyi halda Apple əlavə ödəniş tələb edə bilər. Məlumatda qeyd edilib ki, təmir alətlərinin göndərilməsindən öncə şirkət onları detallı şəkildə yoxlayır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nothing şirkətinin ilk smartfonu olacaq Nothing Phone (1) haqqında yeni məlumatl..

8 il bundan öncə ilk OnePlus One smartfonunda olduğu kimi OnePlus şirkətinin keçmiş həmtəsisçisi Car..


Samsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina..

Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 22..


Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar.


Motorola 200 MP-lik kameraya sahib yeni flaqman smartfon üzərində çalışdığını tə..

Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib.


Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib - QİYMƏTİ

Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır...


Apple şirkətinin payız tədbiri: iPhone 14-ün mümkün təqdimat tarixi və digər məl..

iDropnews saytı öz mənbələrinə istinadən iPhone 14-ün təqdimatına dair yeni məlumatları təqdim edib...

×