iPhone SE (2022) Geekbench testlərindən keçib

iPhone SE (2022) Geekbench testlərindən keçib

Mobil Cihazlar
11.03.2022 PAYLAŞIM

    Apple şirkətinin yeni iPhone SE (2022) smartfonu A15 Bionic prosessoru ilə təchiz olunur. Qeyd etmək lazımdır ki, iPhone 13 seriyasının modelləri də sözügedən prosessora sahibdirlər. Hələ satışa çıxmamışdan öncə iPhone SE (2022) modeli Geekbench bençmark testlərindən keçib. Test nəticələrinə əsasən məlum olub ki, iPhone 13 modelləri kimi A15 Bionic prosessoruna sahib olmasına baxmayaraq iPhone SE (2022)-nin performans göstəriciləri bir qədər fərqlənirlər.


    Beləliklə 4 GB RAM-a sahib iPhone SE (2022) Geekbench-in birnüvəli testində 1695 xal, çoxnüvəli testində isə 4021 xal toplayıb. Bu göstəricilər iPhone 13 mini-nin göstəricilərindən bir qədər yüksək olsalar da, standart iPhone 13-ün göstəricilərindən aşağıdırlar. Heç istisna deyil ki, Apple şirkəti bu cür addımı smartfonda olan kiçik həcmli batareya səbəbilə atıb. Qeyd etmək lazımdır ki, bəzi texniki özəlliklər xaric iPhone SE (2022) modeli dizayn baxımından iPhone SE (2020) ilə eynidir. iPhone SE (2022) 18 mart tarixində 429$ qiymətində satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi 12S-in güman edilən ilk real fotosu internetdə ortaya çıxıb

Çinin Weibo sosial şəbəkəsində Xiaomi 12 seriyasının yeni modelinin ilk real fotosu ortaya çıxıb...


Nothing şirkətinin ilk smartfonu olacaq Nothing Phone (1) haqqında yeni məlumatl..

8 il bundan öncə ilk OnePlus One smartfonunda olduğu kimi OnePlus şirkətinin keçmiş həmtəsisçisi Car..


Samsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina..

Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 22..


Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar.


Motorola 200 MP-lik kameraya sahib yeni flaqman smartfon üzərində çalışdığını tə..

Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib.


Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib - QİYMƏTİ

Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır...

×