Logo
    main-post-cover

    iPhone SE 2025 artıq gələn həftə təqdim oluna bilər

    Cihazlar+
    07.02.2025
    Emil
         Apple iPhone SE 2025 smartfonunun buraxılışına hazırlaşır və onun təqdimatı artıq gələn həftə baş tuta bilər. Bunu Bloomberg-in məşhur insayderi Mark Gurman bildirib. Verilmiş məlumata əsasən yeni iPhone SE modeli yaxın günlərdə elan ediləcək və satışlar bu ayın sonlarında başlayacaq. Apple-ın iPhone SE 2025 üçün ayrıca təqdimat tədbiri keçirməyəcəyi gözlənilir, bu da sözügedən mərhələdə başqa yeni cihazların təqdim olunmayacağına işarə edir.
         Gözləntilərə əsasən növbəti iPhone SE-də əsas dəyişiklik yenilənmiş dizayn olacaq. iPhone SE 2025 modeli fiziki Home düyməsinə sahib olmayacaq. Smartfonda Touch ID əvəzinə Face ID texnologiyası istifadə ediləcək. Lightning girişi isə USB-C girişi ilə əvəz ediləcək.. Smartfon Apple A18 prosessoru ilə təchiz olunmalı və xarici görünüşü iPhone 14-ə bənzəməlidir. Bundan əlavə, iPhone SE 2025-in Apple Intelligence ekosisteminin süni zəka funksiyalarını dəstəkləyəcəyi gözlənilir.
         Bu xüsusiyyətlər artıq iPhone 15 Pro, 15 Pro Max iPhone 16 seriyasında mövcuddur. Əhəmiyyətli yeniliklərdən biri də mobil modem sahəsində olmalıdır. Belə ki, Apple ilk dəfə Qualcomm modemlərindən imtina edərək, öz istehsalı olan 5G modemini istifadə edə bilər. Əvvəllər iPhone SE 2025-in mart ayında təqdim ediləcəyi bildirilirdi. Lakin indi onun daha erkən satışa çıxarılması gözlənilir. Son məlumat sızıntılarına inansaq, yeni iPhone SE smartfonunun ekranı Dynamic Island deyil, ənənəvi çıxıntı hissəyə sahib olacaq.
    Mənbə: Bloomberg
    Paylaş