
iPhone SE 2025-in ekranı üzərində hansı növ çıxıntı olacaq?
Cihazlar+
03.02.2025
Emil
Apple şirkətinin yaxın aylar ərzində təqdim edəcəyi gözlənilən növbəti iPhone SE smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə billbill-kun ləqəbli məşhur insayder sözügedən iPhone barəsində yeni təfərrüatları təqdim edib. Bir neçə müddət bundan öncə Ross Young adlı məşhur insayder xəbər vermişdi ki, növbəti iPhone SE smartfonunun ekranı üzərində iPhone 14 ekranı üzərindəki çıxıntı hissəni əldə edəcək.

Yəni söhbət, Dynamic Island-dan deyil, ənənəvi çıxıntı hissədən gedir. Lakin daha öncəki məlumat sızıntılarına inansaq, növbəti iPhone SE modelinin ekranı üzərində məhz Dynamic Island çıxıntısı yerləşməlidir. Ross Young-ın məlumatından sonra mütəxəssislər iki hissəyə bölündülər. Onların bir hissəsi Ross Young-ın məlumatına inandı, digər hissəsi isə növbəti iPhone SE ekranı üzərində Dynamic Island çıxıntısının olacağı fikrini dəstəklədi. Billbill-kun ləqəbli məşhur insayderin təqdim etmiş olduğu yeni məlumat bu mövzuda olan fikir ayrılığına son qoya bilər.
Ekran üçün qoruyucu örtük istehsalı ilə məşğul olan şirkətlərdən birindəki mənbələrinə istinadən insayder xəbər verib ki, növbəti iPhone SE ekranı üzərində Dynamic Island əvəzinə iPhone 14-dəki kimi ənənəvi çıxıntı hissə olacaq. Bundan əlavə olaraq insayder iPhone SE 2025-in ekran ölçülərini də açıqlayıb. Beləliklə onun sözlərinə əsasən növbəti iPhone SE-nin ekranının uzunluğu 146.7 mm, eni isə 71.5 mm təşkil edəcək.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
