main-post-cover

    iPhone SE 3-ün sahib olacağı özəlliklər barəsində məlumatlar verilib

    Cihazlar+
    10.10.2021
    Farid Pardashunas
        Yaponiyanın Macotakara saytı öz mənbələrinə istinadən Apple şirkətinin ən büdcəli iPhone smartfonunun yeni modeli barəsində məlumatlar verib. Söhbət, iPhone SE 3 modelindən gedir. Beləliklə verilmiş məlumata əsasən iPhone SE 3 modeli keçən il təqdim olunmuş iPhone SE (2020)-nin dizaynını əldə edəcək. Bununla yanaşı smartfon 4.7 düym LCD ekran və Touch ID texnologiyası ilə təchiz olunacaq. Touch ID texnologiyası isə fiziki Home düyməsinə inteqrasiya ediləcək.
        iPhone SE 3-ün hansı prosessora sahib olacağı məsələsinə gəldikdə isə məlumatda qeyd edilib ki, o, iPhone 13-ün sahib olduğu prosessor ilə təchiz olunacaq. Söhbət, Apple A15 Bionic prosessorundan gedir. Qeyd etmək lazımdır ki, bu prosessora bütün yeni iPhone 13 modelləri sahibdirlər. iPhone SE 3-də sözügedən prosessor Qualcomm Snapdragon X60 5G modemi ilə birlikdə çalışacaq. Məlumata əsasən iPhone SE 3-ün irimiqyaslı istehsalına bu ilin dekabr ayında start veriləcək. Onun 2022-ci ilin yaz fəslində satışa çıxarılması planlaşdırılır. Çox güman ki, onun satış qiyməti də iPhone SE (2020)-nin satış qiyməti kimi olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər