Logo
    main-post-cover

    iPhone SE 4-ün maket görüntüləri ortaya çıxıb!

    Cihazlar+
    21.10.2024
    Aslan

         Apple-ın iPhone-lar arasında ən münasib qiymətə sahib modeli olacaq iPhone SE 4-ə aid dummy modeli ortaya çıxıb. Yeni görüntülər iPhone SE 4-ün dizaynı haqqında maraqlananlar üçün önəmli məlumatlar ortaya qoyur.

         Macotakara tərəfindən paylaşılan iPhone SE 4 maket modeli əvvəlki şayiələri təsdiqləyir. Tək arxa kamera, "Action" düyməsi əvəzinə səssiz rejim düyməsi və Face ID ilə daha kiçik bir çıxıntı açıq şəkildə görünür. Dummy modelin ölçüləri iPhone 14 ilə eynidir; 146.7 x 71.5 x 7.8 mm. Yeganə fərq, iPhone 14-ün iki arxa kameraya, iPhone SE 4-ün isə tək kameraya sahib olmasıdır, bu da telefon örtüklərinin uyğun olmamasına səbəb olacaq. Səs düymələri və yan düymə demək olar ki, eyni ölçüdədir, lakin səssiz rejim düyməsi iPhone 14-dən bir qədər kiçikdir.
         iPhone SE 4-ün maket görüntüləri paylaşılan zaman Plus modeldən də bəhs edilir. iPhone 14 Plus ilə eyni ölçüdə daha böyük bir variantının olacağı da deyilir. Lakin bu günə qədər iPhone SE 4 Plus kimi bir model haqqında məlumat verilmədiyi üçün və Apple mövcud iPhone SE modelini yalnız bir ölçüdə təklif etdiyindən, bu ehtimal az görünür.
         iPhone SE 4-ün 6.1 düymlük OLED ekran, A18 çip, 48 MP tək arxa kamera ilə gələcəyi deyilir. Apple-ın öz 5G modemini ilk dəfə bu telefonda istifadə edəcəyi gözlənilir. Yeni iPhone SE modeli 2025-ci ilin yazında təqdim ediləcək.
    Paylaş