main-post-cover

    iPhone SE+ 5G və yeni iPad Air: Apple şirkətinin növbəti təqdimatının tarixi barəsində məlumat verilib

    Cihazlar+
    06.02.2022
    Farid Pardashunas
        Bloomberg saytının nüfuzlu jurnalisti Mark Gurman-ın verdiyi məlumata əsasən Apple şirkəti gələn ay yaz fəsli üçün nəzərdə tutulmuş ənənəvi təqdimat tədbirini keçirəcək. Gurman bildirib ki, təqdimat tədbirində əsas diqqət yeni iPhone SE modelinə ayrılacaq. Qeyd etmək lazımdır ki, son məlumatlara əsasən yeni iPhone SE modeli iPhone SE+ 5G adını əldə edəcək. O, iPhone SE (2020) modelinin dizaynını əldə edəcək. Gözləntilərə əsasən smartfon A15 Bionic prosessoru ilə təchiz olunacaq və 5G şəbəkə dəstəyinə sahib olacaq.
        Gurman bildirib ki, təqdimat tədbiri 8 mart tarixində baş tutacaq. Təqdimat zamanı təqdim ediləcək daha bir məhsul isə yeni iPad Air modeli olmalıdır. Yeni iPad Air modelinin Apple A seriyasına daxil olan yeni prosessor ilə təchiz olunacağı və 5G şəbəkə dəstəyini əldə edəcəyi güman edilir. Planşetin dizaynında isə ciddi bir dəyişiklik olmayacaq. Bundan əlavə olaraq təqdimat tədbirində Apple şirkətinin fərdi prosessoruna sahib minimum bir ədəd yeni Mac kompüteri də təqdim oluna bilər. Bəzi məlumatlara əsasən söhbət, yeni Mac mini modelindən gedir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər