main-post-cover

    İstifadəçi gözlərinin qorunmasına istiqamətlənmiş BenQ GW2486TC monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    26.09.2024
    Emil Nəcəfov
         BenQ şirkəti istifadəçi gözlərinin qorunması özəlliyini özündə birləşdirən yeni monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru BenQ GW2486TC adlanır. Sözügedən monitor kompüter arxasında uzunmüddətli çalışma üçün nəzərdə tutulub. Buna görə də şirkət onda istifadəçi gözlərinə yüklənməni aşağı salacaq bir sıra texnologiyanın dəstəyini reallaşdırıb. Bununla yanaşı bu yeni monitor böyük tələblərə sahib olmayan gamerlər üçün də uyğun olacaq. Beləliklə BenQ GW2486TC monitoru iki versiyada təqdim edilib. Birinci versiya 24 düym ölçülü ekrana, ikinci versiya isə 27 düym ölçülü ekrana sahibdir.
         Hər iki halda söhbət, 100 Hz-lik təsvir yenilənməsinə sahib 1920х1080 piksel keyfiyyətli IPS ekrandan gedir. Ekran sRGB rəng diapazonunun 99%-ni əhatə edir və özündə antiblik örtüyünü birləşdirir. Monitorda reallaşdırılmış Brightness Intelligence Gen 2 texnologiyası ekranın parlaqlıq səviyyəsini ətraf mühitdən asılı olaraq avtomatik olaraq ayarlayır. Nəticədə monitordan uzun müddət istifadə halında gözlərə olan yüklənmə aşağı düşür. Monitor üstəlik gözlər üçün zərərli olan göy rəngli işığa aşağı səviyyədə sahib olduğunu təsdiqləyən TÜV Rheinland sertifikatına sahibdir.
         Gözlərin əlavə qorunmasını təmin etmək üçün monitor bir neçə çalışma rejimini özündə birləşdirir. Onların arasında elektron kağız imitasiyasını reallaşdıran rejim də mövcuddur. BenQ GW2486TC özündə HDMI 1.4, DisplayPort 1.2, USB Type-C, USB 3.2 Gen1 Type-A girişlərini, səsgücləndiriciləri və ətraf səs-küyün boğulması imkanına sahib mikrofonu birləşdirir. USB Type-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. BenQ GW2486TC artıq Hindistanda satışa çıxıb. 24 düym ekranlı versiyanın qiyməti 170$, 27 düym ekranlı versiyanın qiyməti isə 220$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    BenQ Mobiuz EX381U gaming monitoru təqdim edilib
    benq-mobiuz-ex381u-gaming-monitoru-teqdim-edilib
    BenQ Mobiuz EX321UX gaming monitoru təqdim edilib - QİYMƏTİ
    benq-mobiuz-ex321ux-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Proqramçılar üçün nəzərdə tutulmuş BenQ RD240Q adlı monitor təqdim edilib - QİYMƏTİ
    proqramcilar-ucun-nezerde-tutulmus-benq-rd240q-adli-monitor-teqdim-edilib-qiymeti
    Fotoqraf və videoqraflar üçün BenQ SW242Q monitoru təqdim edilib - QİYMƏTİ
    fotoqraf-ve-videoqraflar-ucun-benq-sw242q-monitoru-teqdim-edilib-qiymeti
    4K keyfiyyətli BenQ PD3225U monitoru təqdim edilib - QİYMƏTİ
    4k-keyfiyyetli-benq-pd3225u-monitoru-teqdim-edilib-qiymeti