
İstifadəçilərdən birinin iPhone 15 Pro Max smartfonunda USB-C naqili şarj prosesində yanıb
NoisilyMarvellous ləqəbli istifadəçinin vermiş olduğu məlumata əsasən onun iPhone 15 Pro Max smartfonu şarj prosesində olarkən şarjda istifadə edilmiş USB-C naqili tamamilə yanıb. İstifadəçi bildirib ki, şarj prosesində istifadə edilmiş USB-C naqili Apple şirkətinin orijinal naqili olmayıb və kənar mağazadan alınıb. İstifadəçi kənar mağazadan alınmış USB-C naqili vasitəsilə iPhone 15 Pro Max smartfonunu gecə şarja qoyub və nəticədə naqil tamamilə yanıb. Bununla belə naqilin başlığını smartfonun USB-C girişindən çıxartmaq mümkün olmayıb. Aydın məsələdir ki, Apple şirkətinin bu məsələdə heç bir günahı yoxdur. Bununla yanaşı bu hadisə orijinal olmayan Apple aksesuarlarının aqibətlərinin necə olduqlarını yaxşı şəkildə sərgiləyir.
Paylaş