Logo
    main-post-cover

    İstifadəçilərin ən çox məmnun qaldıqları Apple cihazlarının reytinqi təqdim edilib

    Cihazlar+
    23.08.2023
    Emil
        AnTuTu bençmarkı istifadəçilərin ən çox məmnun qaldıqları Apple cihazlarının reytinqini təqdim edib. İyul ayının statistikasına əsasən istifadəçilər arasında ən böyük sevgiyə kompakt ölçülü iPhone modeli laiq görülüb. Söhbət, birinci nəsil iPhone SE-dən gedir. Qeyd etmək lazımdır ki, bu iPhone modeli artıq 1 ildir ki, AnTuTu-nun iPhone-larla bağlı bu reytinqində birinci yeri tutur. Reytinqin ikinci yerini iPad Air 4 planşeti tutub. Reytinqin üçüncü yerini iPhone 6s Plus, dördüncü yerini iPhone 6s, beşinci yerini isə iPad Pro 2 (10.5 düym ekran) tutub. İlk beşlikdən sonra gələn cihazların sıralanması belədir. iPhone 12 mini, iPhone 7, iPad Pro 4 (12.9 düym ekran), iPhone SE 2, iPad Pro 2 (11 düym ekran).
    Paylaş
    Bənzər xəbərlər