Logo
    main-post-cover

    İstifadəçilərin yeni modelə keçməməsi səbəbilə aktivləşdirilən iPhone modellərinin sayı günü-gündən azalır!

    Cihazlar+
    25.04.2024
    Farid

         CIRP-nin yeni hesabatına görə, iPhone-ların aktivləşdirmə faizi son illərdə ən aşağı səviyyəyə çatıb. iPhone qiymətlərinin artması və digər amillərlə əlaqədar olaraq yeni modellərə keçid azalıb.

         Amerikada iPhone aktivləşdirmələrində Apple-ın bazar payı kəskin şəkildə azalıb. iPhone-un aktivləşdirilməsinin sayı 33%-ə qədər azalaraq son illərin ən aşağı səviyyəsinə çatıb. CIRP tərəfindən son 4 rübün statistikaları hər kəsə açıq şəkildə təqdim edilib. Aydındır ki, Apple hazırda aktivləşdirmə bazarının üçdə ikisini tutan Android smartfon istehsalçılarının sərt rəqabəti ilə üzləşir. Bununla belə, Google-un mobil əməliyyat sistemi ilə işləyən bir çox cihazın iPhone-larla müqayisədə kifayət qədər münasib olması iPhone aktivləşdirmələrinin azalmasının bir neçə səbəblərindən biridir. Smartfonların qiymətləri artdıqca, onların davamlılığı da artır. Bu başqa bir səbəbdir, lakin ən əsası istifadəçilərin uzun müddətdir ki, iPhone-larda yeni modelə keçmək üçün əsaslı səbəb tapa bilməmələridir. Apple uzun müddətdir ki, iPhone-lara funksiyalar baxımından yeni heç nə əlavə etmir. İstifadəçilər növbəti modeli gözləməyə üstünlük verirlər.
         CIRP-nin son hesabatı göstərir ki, Amerikada satılan hər üç yeni smartfondan ikisi Android cihazlarıdır. Apple 2017-ci ildən bəri bu qədər aşağı rəqəmlər görməmişdi. Bu arada, iPhone 16 seriyasında ciddi dizayn dəyişikliyi gözlənilmir. Kamera proqramına daxil olmağı asanlaşdıran yeni düymədən (capture button olaraq adlanır) və sadə modellər üçün şaquli kamera düzümündən başqa heç bir dizayn fərqi olmayacaq.
    Paylaş