Logo
    main-post-cover

    İtmiş əşyaların axtarışı üçün nəzərdə tutulmuş növbəti Apple AirTag trekeri son hazırlanma mərhələsindədir

    Cihazlar+
    20.05.2024
    Emil
         Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın vermiş olduğu məlumata əsasən Apple şirkəti B589 kod adına sahib yeni AirTag axtarış trekeri üzərində çalışır və bu yeni treker son hazırlanma mərhələsindədir. Məlumatda qeyd edilib ki, Apple artıq öz partnyorları ilə birgə yeni Apple AirTag-ın testlərini də aparır. İnsayderin sözlərinə əsasən hazırlanan yeni AirTag tamamilə yeni çip əsasında çalışacaq və üstəlik itmiş əşyaların yerlərinin təyin olunması mövzusunda daha geniş imkanlara sahib olacaq.
         Qeyd etmək lazımdır ki, məşhur analitik Ming-Chi Kuo daha öncə bildirmişdi ki, növbəti nəsil AirTag-ın kütləvi istehsalı 2025-ci ilə kimi təxirə salınıb. Çox güman ki, növbəti AirTag elə gələn il təqdim olunacaq. Bununla yanaşı bəzi məlumatlara əsasən növbəti nəsil AirTag üstəlik Apple Vision Pro qarışıq reallıq cihazının sisteminə də inteqrasiya ediləcək. Lakin bu məsələdə hələ heç bir detallı məlumat yoxdur. Qeyd etmək lazımdır ki, birinci nəsil Apple AirTag 2021-ci ildə təqdim edilmiş və elə həmin ildə də satışa çıxmışdı. 
    Paylaş