
İyul ayında istifadəçilər hansı smartfonları daha yüksək qiymətləndiriblər?
AnTuTu bençmarkı iyul ayında istifadəçilərin ən çox razı qaldıqları Android smartfonların reytinqini təqdim edib. Sözügedən reytinq istifadəçilərin ən yüksək qiymətləndirdikləri smartfonlar əsasında tərtib olunub. Beləliklə iyul ayı üzrə istifadəçilərin ən yüksək qiymətləndirdikləri Android smartfonlar reytinqinin ilk beşliyinə növbəti smartfonlar daxil olublar. Galaxy S23 Ultra, vivo X90 Pro+, Nubia Z50 Ultra, Xiaomi 13 Pro və Honor Magic 5 Pro. Reytinqin ilk beşliyindən sonrakı smartfonların sıralanması isə belədir. Honor X40 GT, OnePlus 11, OPPO Find X6 Pro, Xiaomi 12 Ultra və Huawei Mate 50 Pro.
Paylaş
Bənzər xəbərlər