Kabel TV abunəçilərinin sayı 8 ildən sonra ilk dəfə artıb
Technote.az “Ars Technica” platformasına istinadən bildirir ki, gözlənilməz bir inkişaf olaraq, ödənişli televiziya bazarında abunəçi sayı uzun fasilədən sonra yenidən artım göstərib. MoffettNathanson analitik şirkətinin açıqladığı “Cord-Cutting Monitor Q3 2025: Signs of Life” adlı hesabatına görə, 2025-ci ilin üçüncü rübündə kabel, peyk və virtual TV platformaları (YouTube TV, Fubo və s.) ümumilikdə 303 min yeni abunəçi qazanıb.
Hesabatda qeyd olunur ki, bu, 2017-ci ildən bəri ilk dəfədir ki, xətti televiziya abunəçilərinin sayı rüblük əsasda artım göstərir. Sonuncu oxşar artım 2017-ci ilin üçüncü rübündə qeydə alınmışdı. Bu artımda əsas pay YouTube TV-yə məxsusdur. Analitiklərin hesablamalarına görə, platforma 2025-ci ilin üçüncü rübündə təxminən 750 min yeni abunəçi cəlb edib. Hazırda YouTube TV-nin ümumi abunəçi sayının 9,4 milyona yaxın olduğu təxmin edilir. İdman yayımlarının və kabel TV alternativi kimi təqdim olunan paketlərin bu artımda mühüm rolu olduğu vurğulanır.
Paylaş