main-post-cover

    Kameralı AirPods modelinin çıxış tarixi məlum olub!

    Cihazlar+
    01.07.2024
    Farid Pardashunas

         Dünyanın ən böyük qulaqlıq istehsalçılarından biri olan Apple, tezliklə maraqlı AirPods modelini satışa təqdim edəcək. Bir müddətdir sızdırılan kamera sistemli AirPods qulaqlıqlarının çıxış tarixi məlum olub.

         Son aylarda Apple-a yaxın mənbələri ilə tanınan Mark Gurman, Apple-ın kamera sisteminə sahib AirPods modeli üzərində çalışdığını bildirib. Digər bir Apple-a yaxın mənbələri ilə tanınan Ming-Chi Kuo isə Gurman-ın iddialarını təsdiqləyib və bu AirPods modeli üçün 2026-cı ildə kütləvi istehsala keçiləcəyini bildirib. Bu o deməkdir ki, Apple 2026 və ya 2027-ci ildə kamera sisteminə sahib ilk AirPods məhsullarını satışa çıxaracaq.
         Kuo-nun mənbələrinə görə, Apple-ın yeni AirPods-larda istifadə edəcəyi kamera modulları Face ID-yə oxşar texnologiyadan istifadə edəcək və infraqırmızı şüalarla işləyəcək. Apple-ın bu məhsulu xüsusilə Vision Pro və gələcək Vision modelləri ilə inteqrasiya edəcəyi gözlənilir. İddialara görə, bu kamera modulları AirPods-un məkan audio təcrübəsini təkmilləşdirəcək. Bundan əlavə, hesabatda qeyd olunur ki, AirPods-dakı infraqırmızı kamera ətraf mühitdəki təsvir dəyişikliklərini aşkar edə və insan-cihazın qarşılıqlı əlaqəsini yaxşılaşdırmaq üçün yeni jest idarəetmələrini dəstəkləyə bilər. Kuo-ya bildirilib ki, şirkət yeni AirPod-larda istifadə edəcəyi kamera modulları üçün Foxconn ilə müqavilə bağlayıb və Foxconn, hər il 10 milyon AirPods üçün kameralar istehsal etməyə hazırdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Artıq AirPods-u danışmadan və ya toxunmadan da idarə etmək mümkün olacaq!
    artiq-airpods-u-danismadan-ve-ya-toxunmadan-da-idare-etmek-mumkun-olacaq
    Apple sensorlu ekrana sahib şarj keysli AirPods-u patentləşdirib
    apple-sensorlu-ekrana-sahib-sarj-keysli-airpods-u-patentlesdirib
    Apple büdcəli AirPods üzərində çalışır
    apple-budceli-airpods-uzerinde-calisir
    İrlandiyada 750.000 dollar dəyərində saxta Apple məhsulları ələ keçirilib!
    irlandiyada-750000-dollar-deyerinde-saxta-apple-mehsullari-ele-kecirilib
    Çin polisi saxta Apple qulaqlıq istehsalının qarşısını alıb!
    cin-polisi-saxta-apple-qulaqliq-istehsalatinin-qarsisini-alib