Kameralı AirPods Pro 2027-yə qaldı
Apple-ın kameralarla təchiz ediləcəyi iddia olunan yeni nəsil AirPods Pro modeli gözləniləndən daha gec, 2027-ci ildə təqdim oluna bilər. Bununla belə, şirkətin 2026-cı ilin sonuna qədər AirPods Pro seriyası üçün yeni, lakin kamerasız bir model təqdim etməsi gözlənilir. Bloomberg-in jurnalisti Mark Qurmanın məlumatına görə, Apple daxilində AirPods Pro üçün paralel şəkildə bir neçə fərqli layihə üzərində işlənilir. Kameralı model B798, kamerasız alternativ isə B790 kod adı ilə hazırlanır.
Məlumata əsasən, B790 layihəsi inkişaf baxımından daha irəlidədir. Hətta bu modelə aid qeydlərin iOS 27 kodunda aşkar edildiyi və Apple-ın daxili məhsul planında onun 2026-cı ildə təqdim olunmasının nəzərdə tutulduğu bildirilir. Yeni modelin hansı yeniliklərlə gələcəyi hələlik məlum deyil. Lakin gözləntilərə görə, o, mövcud AirPods Pro-nun təkmilləşdirilmiş versiyası olacaq və kamera və ya infraqırmızı sensorlar kimi yeni avadanlıqlara sahib olmayacaq.
Paylaş
