main-post-cover

    Keçmiş Android istifadəçiləri keçən il hansı iPhone modellərinə üstünlük veriblər?

    Cihazlar+
    29.02.2024
    Emil Nəcəfov
         CIRP adlı şirkətin analitikləri smartfonlar bazarını analiz edərək maraqlı statistikanı təqdim ediblər. Təqdim edilmiş statistikada keçmiş Android istifadəçilərinin daha çox hansı iPhone modellərinə üstünlük verdikləri qeyd edilib. Beləliklə statistikaya əsasən keçən il keçmiş Android istifadəçilərinin 29%-i iPhone SE (2022), iPhone 12, iPhone 13 iPhone 13 mini modellərinə keçid ediblər. Bu iPhone modelləri Apple smartfonları arasında ən münasib qiymətə sahib olan modellərdir.
         Bununla belə keçən il daha köhnə iPhone modellərini istifadə etmiş şəxslər arasında adları sadalanmış bu iPhone modellərini əldə etmişlərin faiz göstəricisi 21% təşkil edib. Köhnə Android istifadəçiləri arasında iPhone 14 iPhone 15 Pro-ya keçid etmiş şəxslərin faiz göstərici keçən il 37% təşkil edib. Daha köhnə iPhone modellərinin istifadəçilərinin isə 43%-i bu iPhone modellərinə keçid ediblər. Ən aşağı faiz göstəricisinə sahib iPhone modelləri keçən il iPhone 15 ilə iPhone 15 Plus olublar. Hər iki halda iPhone 15 ilə iPhone 15 Plus modellərinə keçid etmiş istifadəçilərin faiz göstəricisi cəmi 9% təşkil edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPadOS 18-i əldə edəcək iPad planşetlərinin siyahısı məlum olub
    ipados-18-i-elde-edecek-ipad-plansetlerinin-siyahisi-melum-olub
    iOS 18-i əldə edəcək iPhone modellərinin qeyri-rəsmi siyahısı təqdim edilib
    ios-18-i-elde-edecek-iphone-modellerinin-qeyri-resmi-siyahisi-teqdim-edilib
    Apple yeni naqilsiz Beats qulaqlığını hazırlayır
    apple-yeni-naqilsiz-beats-qulaqligini-hazirlayir
    Apple öz elektromobil layihəsini ləğv edib
    apple-oz-elektromobil-layihesini-legv-edib
    iPhone 17 və iPhone 17 Plus 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranı əldə edə bilərlər
    iphone-17-ve-iphone-17-plus-120-hz-lik-tesvir-yenilenmesine-sahib-ekrani-elde-ede-bilerler