
Keçmiş Apple baş dizayneri OpenAI üçün artıq 15-20 fərqli süni intellekt cihazını fikirləşib
Bu ilin may ayına qədər artıq aydın olmuşdu ki, OpenAI təsir dairəsini yalnız proqram təminatı bazarı ilə məhdudlaşdırmaq niyyətində deyil və Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive tərəfindən yaradılmış startapı almaqla ağıllı cihazlar bazarına çıxmağı planlaşdırır. Jony Ive etiraf edib ki, ideya səviyyəsində 15-20 fərqli cihazın yaradılması müzakirə olunur. Bu açıqlamalar OpenAI-nin bazar ertəsi təşkil etdiyi Dev Day 2025 konfransında Jony Ive tərəfindən səsləndirilib. Keçmiş Apple baş dizaynerinin vurğuladığı kimi, bu OpenAI ağıllı cihazları heç bir halda iPhone-u xatırlatmayacaq. O, gözlənilmədən smartfonlar və planşetləri tənqid edib və ümid etdiyini bildirib ki, yeni tip cihazlar insanları daha xoşbəxt və az narahat edəcək.
Jony Ive və Sam Altman:

“Texnologiyalarla münasibətlərimizin narahatedici vəziyyətdə olduğunu dediyimdə, bu ifadə, əslində, çox yumşaq bir təsvirdir. Bizim yalnız bunu düzəltmək deyil, həm də vəziyyəti köklü şəkildə dəyişmək şansımız var. Biz bunun normal hal olmadığını sübut edə bilərik” - deyə Jony Ive tədbirdə öz tərəfdaşı Sam Altman ilə müsahibəsində bildirib. Jony Ive-in sözlərinə görə, hazırda OpenAI üçün ağıllı cihazların hazırlanmasında irəliləyiş o qədər böyükdür ki, o və komandası üçün diqqəti toplamaq çətinləşib. “Bu impuls bizə 15-20 həqiqətən də cazibədar məhsul ideyası irəli sürməyə imkan verdi. Hazırda bizim üçün əsas çətinlik diqqəti toplamaqdır. Əgər cəmi 3 yaxşı variant olduğunu bilsəydik, bu, daha asan olardı, amma belə deyil. Biz məhsullar ailəsi üzərində işləyirik. Hansına fokuslanacağımızı seçərkən mümkün qədər ağıllı və düşüncəli olmağa çalışırıq və sonra artıq diqqəti yayındırmırıq” - deyə Sam Altman-ın müsahibəsində Jony Ive bildirib.

Onun fikrincə, yeni tip cihazlar istifadədə daha xoş olacaq və son 10-20 ildə smartfonlar və planşetlər tərəfindən yaradılmış problemləri aradan qaldıracaq. “Hazırladığımız interfeyslər baxımından, əgər səmimi şəkildə gülümsəmək mümkün deyilsə, əgər bu yenə çox ciddi və özünəxas bir şeydirsə, düşünürəm ki, bu, bizim üçün böyük bir yanlışlıq olardı” - deyə o, izah edib. “Biz insanlarla qarşılıqlı əlaqə interfeysinin necə işlədiyini anlamaq üçün çox dərindən araşdırırıq. Bu prosesin nə qədər çox incəliklərlə dolu və mürəkkəb olduğunu görürük. Biz bu interfeysi digər cihazlar və alətlərlə sıx bağlı şəkildə düşünürük” - deyə Jony Ive əlavə edib. O, sonda belə deyib: “Bu, labüd olmalı, tamamilə aydın görünməlidir - sanki bu problemin başqa məntiqli həlli ola bilməz. Nəyəsə baxırsan və düşünürsən: ‘Əlbəttə, bunu elə belə etmək lazım idi, bəs niyə bu qədər vaxt apardı?’”.
Paylaş