Logo
    main-post-cover

    Kindle-ə yeni AI funksiyası əlavə olunub

    Cihazlar+
    15.12.2025
    Sevinc
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Amazon Kindle istifadəçiləri üçün yeni süni intellekt əsaslı funksiya təqdim edib. “Ask this Book” adlanan bu imkan oxuculara kitabı bağlamadan, oxuduqları hissə ilə bağlı suallar verməyə və spoylersiz cavablar almağa şərait yaradır.
    Kindle's New AI Feature Can Answer Questions About Your Books (Whether  Authors Want It or Not) | PCMag
        Funksiya ilk dəfə sentyabrda Amazon-un təqdimat tədbirində elan edilsə də, artıq ABŞ-də Kindle iOS tətbiqi üzərindən istifadəyə verilib. Amazon-un açıqlamasına görə, bu imkan minlərlə ingilis vdilli bestseller Kindle kitabında aktivdir və yalnız oxucunun hazırda gəldiyi hissəyə qədər olan məlumatları açıqlayır. İstifadə qaydası olduqca sadədir: oxuduğunuz kitabda istənilən hissəni seçərək süjet, personajlar və ya vacib detallarla bağlı sual verə bilərsiniz. AI köməkçi isə ani, kontekstual və spoylersiz cavab təqdim edir. Hətta əlavə suallar vermək də mümkündür.
        Bununla belə, funksiya müəlliflər və nəşriyyatlar arasında mübahisə doğurub. Amazon bildirir ki, “Ask this Book” funksiyası avtomatik aktivdir və müəlliflərin və ya nəşriyyatların bu funksiyanı deaktiv etmək imkanı yoxdur. Bu isə artıq AI texnologiyalarına qarşı açılan müəllif hüquqları ilə bağlı məhkəmə iddiaları fonunda əlavə suallar yaradır. Xüsusilə də New York Times və Chicago Tribune-un Perplexity-yə qarşı iddiaları bu mövzunun nə qədər həssas olduğunu göstərir.
    Paylaş