main-post-cover

    Köhnə dizaynda yeni prosessor: iPad Air 2024 təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    07.05.2024
    Brilyant Rasulova
         Apple şirkəti yeni iPad Pro ilə yanaşı həmçinin yeni iPad Air modelini də təqdim edib. Şirkət bu dəfə iPad Air planşetini iki versiyada təqdim edib. Birinci versiya 11 düym ölçülü ekrana, ikinci versiya isə 13 düym ölçülü ekrana sahibdir. Prosessor istisna olmaq şərti ilə yeni iPad Air modeli daha əvvəlki iPad Air modelindən heçnə ilə fərqlənmir. Beləliklə bu ilki iPad Air planşetində əsas yenilik ondan ibarətdir ki, o, Apple M2 prosessoru vasitəsilə çalışır. Apple bildirib ki, M1 vasitəsilə çalışan iPad Air-dən fərqli olaraq yeni iPad Air-dəki M2-nin mərkəzi prosessoru 15%, qrafik çipi 25%, neyron çipi isə 40% daha sürətlidir. Hər iki modelin gövdə qalınlığı 6.1 mm təşkil edir.
         Bununla yanaşı Apple bildirib ki, yeni iPad Air-in gövdəsi 100% təkrar emal edilmiş alüminiumdan hazırlanıb. 11 düym ekranlı modelin ekran keyfiyyəti 2360x1640 piksel təşkil edir və onun parlaqlıq səviyyəsi 500 nit-dir. 13 düym ekranlı modelin ekran keyfiyyəti isə 2732x2048 piksel təşkil edir və onun parlaqlıq səviyyəsi 600 nit-dir. Hər iki modeldə ekran Liquid Retina-dır. Yeni iPad Air həmçinin özündə 12 MP-lik arxa kameranı və 12 MP-lik ön kameranı birləşdirir. Planşet 128/256/512 GB/1 TB daxili yaddaş həcminə, Touch ID-yə, Wi-Fi 6E dəstəyinə və Apple Pencil dəstəyinə sahibdir. Yeni iPad Air-in satışlarına gələn həftə start veriləcək. 11 düym ekranlı modelin qiyməti 599$-dan, 13 düym ekranlı modelin qiyməti isə 799$-dan start götürür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple, bu gün iPhone qiymətlərinə artım edəcək!?
    apple-bu-gun-iphone-qiymetlerine-artim-edecek
    Apple Photos-a gələcək süni intellekt xüsusiyyəti ortaya çıxıb!
    apple-photos-a-gelecek-suni-intellekt-xususiyyeti-ortaya-cixib
    Apple şirkətinin ilk qatlana bilən cihazı artıq gələn il işıq üzü görə bilər
    apple-sirketinin-ilk-qatlana-bilen-cihazi-artiq-gelen-il-isiq-uzu-gore-biler
    iPhone 17-də dizayn dəyişir: Plus əvəzinə Slim modeli olacaq!
    iphone-17-de-dizayn-deyisir-plus-evezine-slim-modeli-olacaq
    Face ID texnologiyası hansı nəsil iPhone-lardan başlayaraq ekranın alt hissəsinə yerləşdiriləcək?
    face-id-texnologiyasi-hansi-nesil-iphone-lardan-baslayaraq-ekranin-alt-hissesine-yerlesdirilecek