
Kompakt ölçülü Acer Predator Helios Neo 14 AI gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Cihazlar+
16.05.2025
Emil
Acer şirkəti Acer Predator Triton 14 AI ilə kifayətlənməyərək daha bir gaming noutbukunu təqdim edib. Bu dəfə söhbət, Acer Predator Helios Neo 14 AI adlı kompakt ölçülü modeldən gedir. Bu model 120 Hz-lik təsvir yenilənməsinə sahib 2880x1800 piksel keyfiyyətli 14.5 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.2 millisaniyə təşkil edir. Bununla yanaşı alıcılar üçün noutbukun 165 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli IPS ekrana sahib versiyası da təklif olunacaq. Bu versiyada ekranın istifadəçi əməliyyatlarına rekasiya müddəti 3 millisaniyə təşkil edir. Acer Predator Helios Neo 14 AI bir neçə versiyada satışa çıxacaq.

Onlar öz aralarında prosessor və videokart modeli üzrə fərqlənirlər. Söhbət, Intel Core Ultra 9 285H və Core Ultra 7 255H prosessorlarından və NVIDIA GeForce RTX 5070 и GeForce RTX 5060 videokartlarından gedir. Maksimal konfiqurasiyada noutbuk 32 GB-lıq LPDDR5X standartlı RAM və 2 TB-lıq SSD ilə təchiz olunur. Noutbukun batareya həcmi isə 76 vat-saat təşkil edir. Noutbukun soyutma sistemi qismində metal materialdan hazırlanmış pərlər və hava axınını istiqamətləndirən Vortex Flow adlı sistem çıxış edir. Noutbuk özündə USB Type-C (Thunderbolt 4), USB Type-C (USB 3.2 Gen 2), USB Type-A (USB 3.2 Gen 2), HDMI 2.1 girişlərini, microSD kart girişini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Acer Predator Helios Neo 14 AI-nın gövdə qalınlığı 20.8 mm, çəkisi isə 1.9 kq təşkil edir. Noutbuk iyul ayında satışa çıxacaq və onun qiyməti 1699 avrodan start götürəcək.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
