Logo
    main-post-cover

    Kompakt ölçülü OnePlus 13T smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    14.04.2025
    Emil
         OnePlus şirkəti yaxın müddətdə OnePlus 13T adlı kompakt ölçülü smartfonunu təqdim edəcək. Biraz əvvəl biz xəbər verdik ki, Digital Chat Station ləqəbli məşhur insayder bu yeni smartfonun ilk keyfiyyətli fotosunu təqdim edib. İndi isə məlum olub ki, OnePlus 13T smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən OnePlus 13T smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, OnePlus 13T qutudan Android 15-i əldə edəcək. Beləliklə smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 2909 xal, çoxnüvəli testi çərçivəsində isə 8934 xal toplayıb.
    Mənbə: Xpertpick
    Paylaş