
Kompakt ölçülü OnePlus 13T təqdim olunub - QİYMƏTİ
Cihazlar+
24.04.2025
Emil
OnePlus uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OnePlus 13T adlı kompakt ölçülü smartfonunu təqdim edib. Kompakt ölçüdə olmasına baxmayaraq bu yeni smartfon öz flaqman imkanları ilə seçilir. Beləliklə OnePlus 13T smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2640x1216 piksel keyfiyyətli 6.32 düym ölçülü LTPO OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib və ekranın özü əlavə olaraq Crystal Shield Glass qoruyucu şüşəsi ilə əhatə olunub.

OnePlus 13T-nin gövdəsi IP65 standartı üzrə tozdan və nəmişlikdən qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OnePlus 13T özündə 50 MP + 50 MP ikili arxa kameranı və 16 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 6260 mAh enerji tutumlu batareya ilə təchiz olunub.OnePlus 13T 30 aprel tarixində satışa çıxacaq və onun qiyməti 475$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Mənbə: GSMarena
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Təqdimata hazırlaşan OnePlus 13T-nin hansı həcmdə batareyaya sahib olacağı açıqlanıb
OnePlus şirkəti 24 aprel tarixində kompakt ölçülü OnePlus 13T smartfonunu təqdim edəcək. Təqdimata az müddət qalmasına baxmayaraq şirkət onun barəsində məlumatları təqdim etməyə davam edir.

Cihazlar+
Təqdimata hazırlaşan OnePlus 13T-nin arxa kamera göstəriciləri rəsmi şəkildə açıqlanıb
OnePlus şirkəti 24 aprel tarixində kompakt ölçülü OnePlus 13T smartfonunu təqdim edəcək. Təıqdimata az müddət qalmasına baxmayaraq şirkət sözügedən smartfon barəsində bəzi məlumatları bölüşməyə davam edir.

Cihazlar+
OnePlus Pad 2 Pro flaqman planşeti Geekbench testlərindən keçib
OnePlus şirkəti öz yeni yüksək performanslı planşetini təqdim etməyə hazırlaşır. Söhbət, OnePlus Pad 2 Pro-dan gedir. İndi isə məlum olub ki, sözügedən planşet Geekbench testlərindən keçib.

Cihazlar+
Kompakt ölçülü OnePlus 13T-nin təqdimatı rəsmi şəkildə anons edilib
Son zamanlarda məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti yaxın zamanda OnePlus 13T adlı kompakt ölçülü smartfonunu təqdim edəcək.

Cihazlar+
Kompakt ölçülü OnePlus 13T smartfonu Geekbench testlərindən keçib
OnePlus şirkəti yaxın müddətdə OnePlus 13T adlı kompakt ölçülü smartfonunu təqdim edəcək. Biraz əvvəl biz xəbər verdik ki, Digital Chat Station ləqəbli məşhur insayder bu yeni smartfonun ilk keyfiyyətli fotosunu təqdim edib.
Ən çox oxunanlar

Nike isitmə sisteminə sahib ağıllı idman ayaqqabısını təqdim edib - QİYMƏTİ
