Logo
    main-post-cover

    Kompakt ölçülü Red Magic Gaming Tablet 3 Pro gaming planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    12.06.2025
    Emil
         Red Magic brendi öz yeni kompakt ölçülü gaming planşetini təqdim edib. Söhbət, Red Magic Gaming Tablet 3 Pro-dan gedir. Beləliklə bu yeni planşet 165 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1504 piksel keyfiyyətli 9.06 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir. Planşetin gövdə qalınlığı 6.9 mm, çəkisi isə 370 qram təşkil edir. Planşet Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12/16/24 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Red Magic Gaming Tablet 3 Pro özündə 13 MP-lik arxa kameranı və 9 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 80 vatt gücündə sürətli şarj texnologiyalı 8200 mAh eneji tutumlu batareya ilə təchiz olunub. Planşetdə əməliyyat sistemi qismində REDMAGIC OS 10.5 çıxış edir. Red Magic Gaming Tablet 3 Pro artıq Çində satışa çıxıb və onun qiyməti 584$-dan start götürür.
    Paylaş