Kompakt ölçülü Sony Xperia 5 V smartfonu təqdim edilib - QİYMƏTİ

Kompakt ölçülü Sony Xperia 5 V smartfonu təqdim edilib - QİYMƏTİ

Mobil Cihazlar
01.09.2023 PAYLAŞIM

    Berlində start götürmüş IFA 2023 sərgisi çərçivəsində Sony şirkəti Xperia 5 V adlı yeni kompakt ölçülü smartfonunu təqdim edib. Xperia 5 V daha öncəki Xperia modellərinin özəlliklərini özündə qoruyub saxlayıb. Buna misal olaraq naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və kameranın idarəsi üçün ayrıca fiziki düyməni gətirmək olar. Beləliklə Sony Xperia 5 V smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.1 düym OLED ekran ilə təchiz olunub.


    Ənənəyə sadiq qalaraq Xperia 5 V-in ekranında da ön kamera üçün heç bir çıxıntı hissə yoxdur. Ön kamera smartfon ekranının yuxarı hissəsində yerləşən çərçivə daxilindədir. Bununla yanaşı smartfon həm arxa həm də ön paneldən Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Üstəlik smartfionun gövdəsi IP68 standsartı üzrə sudan qorunur. Xperia 5 V özündə kontaktsız ödənişlər üçün NFC çipi və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir.

    Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 8 Gen 2 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 52 MP + 12 MP ikili arxa kamera, 12 MP-lik ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xperia 5 V Android 13 vasitəsilə çalışır. Smartfonun satışlarına bu ayın sonunda start veriləcək və onun Avropadakı qiyməti 999 avro təşkil edəcək.



DAHA ÇOX


Məşhur insayder Samsung Galaxy S24 smartfonları barəsində yeni məlumatları təqdi..

Ice Universe ləqəbli məşhur insayder Samsung Galaxy S24 smartfon seriyası barəsində yeni məlumatları..


Samsung Galaxy S24 Ultra-nın render fotoları təqdim edilib

OnLeaks ləqəbli məşhur insayder adi Galaxy S24-ün ardınca Smartprix saytı ilə birlikdə həmçinin Gala..


Xiaomi korporasiyası Xiaomi 13T və Xiaomi 13T Pro flaqman smartfonlarını təqdim ..

Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən, istehlakçı elektronikası üzrə dünyanın aparıcı is..


Huawei öz flaqman smartfonlarının büdcəli versiyalarını təqdim edə bilər..

Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Huawei şirkətinin hələ təqdim ..


Qatlana bilən OPPO Find N3 smartfonunun təqdimat müddəti məlum olub

Biz artıq dəfələrlə məlumat vermişik ki, OPPO şirkəti OPPO Find N3 adlı yeni qatlana bilən smartfon ..


Redmi 13C smartfonu təqdimata hazırlaşır

Bir neçə gün bundan öncə Redmi 13C adlı yeni smartfonun render fotoları ortaya çıxdı.

×