Logo
    main-post-cover

    Kompakt ölçülü Vivo X200 FE smartfonu təqdim edilib

    Cihazlar+
    24.06.2025
    Emil
         Vivo şirkəti yeni kompakt ölçülü smartfonunu təqdim edib. Söhbət, Vivo X200 FE smartfonundan gedir. Sözügedən smartfon kompakt ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2640x1216 piksel keyfiyyətli 6.31 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.
         Üstəlik Vivo X200 FE-nin gövdəsi IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo X200 FE özündə 50 MP + 50 MP + 8 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo X200 FE-nin hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Paylaş