Logo
    main-post-cover

    Kompakt ölçülü Xiaomi Pad Mini planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.09.2025
    Emil
         Xiaomi şirkəti qlobal bazarda Pad Mini adlı kompakt ölçülü flaqman planşetini təqdim edib. Bu yeni planşet kompakt ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və orta həcmli batareyanı əldə edib. Beləliklə Xiaomi Pad Mini planşeti 165 Hz-lik təsvir yenilənməsinə sahib 3008x1880 piksel keyfiyyətli 8.8 düym ölçülü ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 700 nit təşkil edir. Ekran üstəlik stilus dəstəyinə sahibdir. Planşetin gövdə qalınlığı 6.46 mm, çəkisi isə 326 qram təşkil edir. Planşet MediaTek Dimensity 9400+ prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Xiaomi Pad Mini özündə 13 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 67 vatt gücündə sürətli şarj texnologiyalı 7500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xiaomi Pad Mini artıq satışa çıxıb və onun qiyməti 435$-dan start götürür.
    Paylaş