Logo
    main-post-cover

    Kompüter oyunları və ofis işləri üçün AOC Q27B2S2 monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    18.03.2024
    Emil
         AOC şirkəti öz yeni monitorunu təqdim edib. Təqdim edilmiş monitor AOC Q27B2S2 adlanır. Bu yeni monitor həm kompüter oyunları, həm də ofis işləri üçün yarayır. Beləliklə AOC Q27B2S2 monitoru 100 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1400 piksel keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit təşkil edir. Ekran sRGB rəng diapazonunun 121%-ni, NTSC rəng diapazonunun isə 105%-ni əhatə edir. Monitor özündə HDMI 2.0DisplayPort 1.2 girişlərini birləşdirir. AOC Q27B2S2 artıq satışa çıxıb və onun qiyməti 113$ təşkil edir.
    Paylaş