Kontakt Home Apple brendinin Azərbaycandakı rəsmi satış mərkəzi oldu

Kontakt Home Apple brendinin Azərbaycandakı rəsmi satış mərkəzi oldu

Mobil Cihazlar
21.07.2020 PAYLAŞIM

    Elektronika və mebel satışı üzrə ölkənin ən aparıcı satış şəbəkələrindən olan Kontakt Home dünyaca məşhur Apple brendinin Azərbaycandakı rəsmi satış mərkəzi oldu. Şəbəkə ötən ay həyata keçirdiyi rebrendinq zamanı müştəriləri yeniliklərlə sevindirəcəyini bildirmişdi. Daha əvvəl Bosch brendinin, ardınca isə Apple brendinin rəsmi tərəfdaşlığının elanı hər kəsi sonrakı yeniliklərə də həyəcanlandırır.

    Bəs Apple-la əməkdaşlıq Kontakt Home müştərilərinə aşağıdakı imtiyazları qazandırır:


- Birbaşa istehsalçıdan qlobal zəmanətli məhsul almaq imkanı. Qlobal zəmanət Apple-ın dünya üzrə bütün rəsmi satış mərkəzlərində keçərlidir;

- Apple məhsullarının ən geniş çeşidini görmək və istədiyi məhsulu seçmək imkanı;

- Bazara çıxan yeni Apple məhsullarını ölkədə birinci əldə etmək imkanı;

- Məhsulların diaqnostika və təmirinin rəsmi Apple servisi tərəfindən həyata keçirilməsi;

- Apple şirkəti tərəfindən təlim görmüş əməkdaşlar tərəfindən məhsul seçimində kömək.

    Hazırda Kontakt Home mağazalar şəbəkəsində Apple məhsullarının 100-dən çox çeşidi: telefonlar, planşetlər, smart saatlar, Macbook və iMac, qulaqlıq və aksessuarları təqdim olunub. Bütün Apple məhsullarına (aksessuarlar istisna) 1 illik rəsmi zəmanət verilir.

    Kontakt Home mağazalarında, həmçinin kontakt.az saytında bir çox Apple məhsulunu nağd alışda xüsusi endirimlə almaq imkanı var. Birkart, Tamkart, Albalıkart və Bolkart sahibləri endirimli nağd qiyməti 24 ayadək faizsiz hissələrə də bölə bilər. Bundan başqa, Apple məhsullarını Kontakt Home-da hissəli alış şərtləri ilə ala bilərsiniz. Məsələn, yenilənmiş iPhone SE smartfonunu ayda 59 manat-dan başlayan hissə-hissə ödəniş şərtləri ilə almaq imkanı var.

    Qeyd edək ki, ölkəmizə hələ də qeyri-rəsmi satış kanallarından məhsullar daxil olur. Lakin Kontakt Home birbaşa brendlərlə əməkdaşlıq etməklə, müştərilərinə yalnız orijinal və keyfiyyətli məhsul və xidmət göstərməyi üstün tutur. Kontakt Home Apple-in rəsmi satış mərkəzi olmaqla bərabər, Samsung, LG, Bosch, Philips, Sony, Braun kimi 30-dan çox dünya brendinin ölkəmizdəki rəsmi distribüteridir.

    Hazırda Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Masallı və Qəbələ daxil olmaqla, ümumilikdə 25 mağazası və 1 onlayn mağazası var. Hazırda ölkədə mövcud xüsusi karantin rejimi ilə əlaqədar onlayn mağaza fəaliyyət göstərir. Müştərilər telefon və ya kompyuterlə kontakt.az saytına daxil olub istədiyi məhsulu xüsusi endirimlə sifariş edin. Sifarişlər pulsuz, sürətli və təhlükəsiz şəkildə düz qapıyadək çatdırılır. Ödənişi istər onlayn, istərsə də qapıda nağd və ya bank kartıyla etmək mümkündür. Hissəli alış şərtlərindən yararlanmaq istəyənlər isə sənədləşmə üçün harasa getməyə ehtiyac yoxdur. Kontakt Home mütəxəssisləri sənədləşməni elə ünvanda həyata keçirir.

    Bütün kampaniya və endirimlərdən xəbərdar olmaq üçün Kontakt Home-u instagram-da izləyin, yaxud *6060 Çağrı Mərkəzinə zəng edərək sizi maraqlandıran sualları ünvanlayın.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina..

Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 22..


Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar.


Motorola 200 MP-lik kameraya sahib yeni flaqman smartfon üzərində çalışdığını tə..

Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib.


Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib - QİYMƏTİ

Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır...


Apple şirkətinin payız tədbiri: iPhone 14-ün mümkün təqdimat tarixi və digər məl..

iDropnews saytı öz mənbələrinə istinadən iPhone 14-ün təqdimatına dair yeni məlumatları təqdim edib...


Xiaomi 12 Ultra flaqman smartfonunun texniki özəllikləri ilə satış qiymətləri or..

Xiaomi şirkətinin hələ təqdim edilməmiş yeni flaqman smartfonu Xiaomi 12 Ultra-nın texniki özəlliklə..

×