main-post-cover

    Kontent yaradıcıları üçün AOC U27N3RB adlı yeni monitor təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    04.12.2023
    Emil Nəcəfov
         AOC şirkəti öz yeni monitorlarını təqdim etməyə davam edir. Bu dəfə şirkət kontent yaradıcıları üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor AOC U27N3RB adını əldə edib. Sözügedən monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 91%-ni əhatə edir.
         Bununla yanaşı ekran özündə Adaptive-Sync texnologiyasının dəstəyini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.0 (2 ədəd), USB 3.2 Gen 1 (4 ədəd), USB Type-A, USB Type-C girişlərinə sahibdir. Monitorun USB Type-C girişi vasitəsilə hətta digər cihazları şarj etmək mümkündür və bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. Xüsusi bərkidici hesabına monitoru müxtəlif vəziyyətlərdə fiksləmək olar. AOC U27N3RB artıq Çində satışa çıxıb və 282$ qiymətində satılır. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    AOC Gaming CU34G2XE/BK adlı gaming monitor təqdim edilib - QİYMƏTİ
    aoc-gaming-cu34g2xebk-adli-gaming-monitor-teqdim-edilib-qiymeti
    AOC Gaming CU34G2XP/BK adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ
    aoc-gaming-cu34g2xpbk-adli-yeni-gaming-monitor-teqdim-edilib-qiymeti
    Ofis işləri üçün AOC U27P3UB adlı yeni monitor təqdim edilib
    ofis-isleri-ucun-aoc-u27p3ub-adli-yeni-monitor-teqdim-edilib
    AOC Q27G10E adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
    aoc-q27g10e-adli-yeni-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Aegis Q27G4 adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
    aegis-q27g4-adli-yeni-gaming-monitoru-teqdim-edilib-qiymeti