
Kontent yaradıcıları üçün BenQ PD2730S monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
11.04.2025
Emil
BenQ şirkəti qrafika ilə çalışan müxtəlif kontent yaradıcıları üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru BenQ PD2730S adlanır. Beləliklə sözügedən monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 5120x2880 piksel keyfiyyətli 27 düym ölçülü ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 98%-ni əhatə edir.

Ekran üstəlik müxtəlif parlaqlıqları aradan qaldırmaq üçün nəzərdə tutulmuş Nano Anti-Glare adlı örtük ilə əhatə olunub. Monitor özündə Thunderbolt 4, HDMI 2.1, DisplayPort 1.4, USB Type-C və USB Type-A girişlərini birləşdirir. Thunderbolt 4 girişi həmçinin 90 vatt çıxış gücünə sahibdir. Bu isə o deməkdir ki, onun sayəsində digər cihazları şarj etmək mümkündür. BenQ PD2730S artıq Çində satışa çıxıb və onun qiyməti 1294$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Ofis işləri üçün nəzərdə tutulmuş BenQ GW2491 və BenQ GW2791 monitorları təqdim edilib - QİYMƏTİ
BenQ şirkəti Avropa bazarında ofis işləri üçün nəzərdə tutulmuş iki yeni monitorunu təqdim edib. Birinci monitor BenQ GW2491, ikinci monitor isə BenQ GW2791 adlanır.

Cihazlar+
Ofis işləri üçün BenQ EW2790U monitoru təqdim edilib - QİYMƏTİ
BenQ şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru BenQ EW2790U adlanır.

Cihazlar+
BenQ Zowie XL2546X+ gaming monitoru təqdim edilib - QİYMƏTİ
BenQ şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru BenQ Zowie XL2546X+ adlanır.

Cihazlar+
BenQ PD2706QN professional monitoru təqdim edilib - QİYMƏTİ
BenQ şirkəti öz yeni professional monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru BenQ PD2706QN adlanır.

Cihazlar+
İstifadəçi gözlərinin qorunmasına istiqamətlənmiş BenQ GW2486TC monitoru təqdim edilib - QİYMƏTİ
BenQ şirkəti istifadəçi gözlərinin qorunması özəlliyini özündə birləşdirən yeni monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru BenQ GW2486TC adlanır.
Ən çox oxunanlar

ChatGPT dünyanın ən çox yüklənən tətbiqinə çevrilib
