main-post-cover

    Lenovo Legion gamer smartfonu AnTuTu testlərindən keçib: Smartfon diqqətəlayiq göstəricilər yığıb

    Cihazlar+
    08.07.2020
    Farid Pardashunas
        Təqdimata bir neçə müddət qalmış Lenovo Legion adlı gamer smartfonu AnTuTu bençmark testlərindən keçib. AnTuTu yaradıcıları sözügedən smartfonun test nəticələrini Weibo sosial şəbəkəsində paylaşıblar. Test nəticələrindən də görmək olar ki, Lenovo Legion smartfonu Android cihazlar arasında diqqətəlayiq nəticələr sərgiləyib. Bu barədə Gizmochina saytı xəbər verib. Beləliklə AnTuTu testlərinə əsasən Lenovo Legion smartfonu ümmumilikdə 648.871 xal toplayıb.
        Smartfonun sahib olduğu prosessorun performansı 187.401 xal, qrafik çipi isə 246.980 xal toplayıb. Yaddaşın test olunması zamanı smartfon 114.314 xal, istifadəçi interfeysinin testi zamanı isə 100.176 xal toplayıb. Son məlumatlara əsasən Lenovo Legion modeli Snapdragon 865 Plus prosessoru, Adreno 650 qrafik çipi, 16 GB RAM və 512 GB daxili yaddaş ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Lenovo şirkətinin gamer smartfonunun təqdimatı 22 iyul tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər